F.Alonso maraqlı yarış gözləyir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, hazırda Ferstappen sürətli olsa da, yeniliklərlə hər şey dəyişə bilər.

F-1.az xatırladır ki, hazırda Maks Ferstappen və Lyuis Həmilton çempionluq uğrunda mübarizə aparırlar. Hollandiyalı sürücü turnir cədvəlinə 18 xallıq fərqlə başçılıq edir.

Fernando Alonso: “Bu mübarizəni kənardan izləmək çox maraqlıdır. Əvvəlki illərdəki kimi Lyuis çempionatda tək deyil. Hazırda maraqlı çempionat izləyirik. Buna görə də Əbu Dabiyə qədər yüksək adrenalinli mübarizə izləyə bilərik. Hazırda favorit Maksdır, çünki daha yaxşı performans göstərir. Ancaq yeniliklərdən asılı olaraq hər şey sürətlə dəyişə bilər. Bu mübarizəni yaxından izləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*