Alpine rəng dəyişə bilər

Alpine komandası yeni mövsümdən mavi və çəhrayı rəng çaları ilə yarışa bilər.

F-1.az xatırladır ki, Alpine keçən il Renault komandasını əvəz edəndən sonra Fransa bayrağının rənglərini götürmüşdü.

Son günlərdə isə əksər resurslar xəbər verir ki, BWT şirkəti Alpine-ə sponsor kimi gələcək. Əgər şirkət komandanın əsas sponsoru olsa, bolid böyük ehtimalla çəhrayı rəngə boyanacaq. Lakin Alpine-in tamamilə çəhrayı rəngə boyanması gözlənilmir. Mavi və çəhrayı rənglərin qarışımı olacağı güman edilir.

Tərəflərin tezliklə açıqlama verməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*