Mayami-2023: Trasda dəyişikliklər və DRS zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Əvvəlki iki ildə olduğu kimi, bu dəfə də sürücülər 3 ötmə zonasında hücum etmək şansı qazanıblar.

F-1.az xəbər verir ki, Floridadakı Hard Rock Stadium kompleksinin ətrafında salınan trasda Mayami Qran Prisi yalnız ikinci dəfə keçirilir, lakin bütün trasboyu asfalt tamamilə yenilənib.

FİA bildirib ki, 15-ci döngənin konfiqurasiyasına düzəliş edilib; 1-ci döngənin çıxışında sol tərəfdə, 4-cü və 7-ci döngələrin sağ tərəfində, habelə 11-ci döngənin çıxışında təhlükəsizlik zonaları qısaldılıb. Bütün hallarda qoruyucu hasarların yeri dəyişdirilib.

Bundan başqa, 13-cü və 14-cü döngələr arasında yolun sağ tərəfindəki baryerlərin yeri dəyişdirilib, 14-cü döngənin  apeksindən sağda da yeni baryerlər quraşdırılıb.

Miami Grand Prix

Mayami Qran Prisi ərəfəsində FİA Hard Rock Stadionunun ətrafındakı trasda üç müstəqil DRS zonasının yerləşdiyini təsdiqləyib. Ötən illə müqayisədə interval ölçmə (deteksiya) nöqtələrinin yeri dəyişib (bir neçə metrdən bir neçə on metrə qədər), birinci və ikinci DRS zonalarının uzunluğu azaldılıb.

Birinci DRS zonasının qarşısında avtomobillər arasında intervalın ölçülməsi (deteksiya) nöqtəsi səkkizinci döngədən 90 metr sonra yerləşir və sistemdən doqquzuncu döngədən 105 metr sonra istifadə etmək olar. İkinci DRS zonasının deteksiya nöqtəsi 16-cı döngədən sonra 70 metrdir və sistem 16-cı döngədən 525 metrdən sonra işə salına bilər.

Üçüncü DRS zonasından əvvəl deteksiya nöqtəsi 17-ci döngədən 15 metr sonra, aktivləşdirmə nöqtəsi isə ötən ildə olduğu kimi, 19-cu döngənin apelsində yerləşir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*