O.Safnauer: Dördlük real deyil

Alpine komandasının rəhbəri Otmar Safnauer bildirib ki, çempionatda dördlüyə girmək hələ real deyil.

F-1.az xatırladır ki, Alpine komandası son yarışlarda stabil olaraq xallar qazansa da, dördüncü yerdəki Ferrari-yə xal olaraq hələ də çox uduzur. Aıpine-nin hədəfi bu il dördüncü yeri tutmaq olsa da, bu hazırda real görünmür.

Otmar Safnauer: “İlin əvvəlində bolidi təkmilləşdrimək üçün inkişaf planı hazırlamışdıq. Buna hələ də sadiqik. Ancaq yeniliklərin yaxşı işləməsi üçün trasla baza arasında yaxşı əlaqə qurulmalıdır. Belə görünür ki, keçən il bu yaxşı idi və bu il də eynidir. Buna görə də gətirdiyimiz yenilikləri sürücülər hiss edirlər və xal uğrunda mübarizə aparmaqları asanlaşır. İndi iki maçınla son sessiyaya qalmağı və və onluğa düşüb xal qazanmağı hədəfləyirik. Bunu bacarsaq, komandadakı hər kəs xoşbəxt olacaq.

Son yarışlara çox vacib yeniliklər gətirdik. Bunlar görünməsə də, çox dəyərlidirlər. Bəzi rəqiblərimiz maşınlarını çox yaxşı təkmilləşdirib. Onlara qarşı necə olacağıq bilmirəm. Bu il Mühəndislər Kubokunda 4-cü olmağı hədəfləyirdik. Amma orada çox uzaqdayıq. Buna görə də bolidi təkmilləşdirməli və sürücülərimizin davamlı xal qazanmasını təmin etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*