Braziliya Qran Prisi: Yarış

Yağış. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +23° C Formula1 tarixinin ən uzun və ən maraqlı mövsümünün sonuncu yarışı […]

Yağış. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +23° C

Formula1 tarixinin ən uzun və ən maraqlı mövsümünün sonuncu yarışı çempion titulunun sahibinin adını müəyyən etməli idi. Əgər Mühəndislər Kubokunda Red Bull bir həftə əvvəl Ostində qələbə qazanmışdısa, sürücülərin yarışında Sebastyan Fettelin Fernando Alonso üzərində üstünlyü cəmi 13 xal təşkil edirdi.

Hərçənd, yarış yalnız titula namizədlər üçün məxsusi deyildi. Mixael Şumaher bu gün rəsmən karyerasını baaş vururdu, bir çox sürücülər gələn mövsümə müqavilə imzalamadan trasa çıxmışdılar və HRT komandasının qısa tarixi bitirdi.

Sıralanma turunda titul uğrunda mübarizə aparan hər iki sürücü komanda yoldaşlarına uduzmuşdu – Fettel 4-cü, Alonso 8-ci olmuşdu, amma Maldonadonun cəriməsində sonra Alonso 7-ci yerdən start almalı idi. Yarışa ilk crəgədən McLaren sürücüləri başlayırdılar – Həmilton McLaren-də son yarışında komandasına sonuncu poulu qazanmışdı.

Ənənəvi olaraq İnterlaqosda mübarizəyə gözlənilməz hava da müdaxilə edib, hələ cümə günü yarış zamanı yağışın yağma ehtimalı 100% olduğu üçün sıralanma turunda bir çox sürücülər yağış sazlanmaları seçiblər. Sıralanma turundan əvvəl yağış yağıb. Şənbə gecədən başlayan yağış bazar günü səhər dayanıb.

Sürücülər sliklərlə starta hazırlaşdıqları vaxt tribunalarda çətirlər peyda olub – kiçik yağış başlayıb. Şumaher, Kobayaşi və Qrojan starta Hard tərkibi seçiblər, digər sürücülər isə Medium tərkibinə üstünlük veriblər. Startda Həmilton poulun üstünlüyünü qoruyub, Massa 2-ci yerə yüksəlib, onun arxasında isə toqquşmalar baş verib – Senna Fettelin maşınına çırpılıb. Senna və Peres mübarizəni dayandırıblar. Sonuncu yerə düşmüş Fettel mübarizəni davam etdirib. Batton Massanı keçərək ikinciliyə yüksəlib. Növbəti dövrələrdə Alonso, Hülkenberq və Uebber də braziliyalı sürücünü arxada qoyublar. 3-cü dövrədə ilk onluq: Həmilton – Batton – Alonso – Hülkenberq – Uebber – Massa – di Resta – Rəykkönen – Kobayaşi – Rosberq, Fettel 2 sürücünü keçərək 20-ci yerə yüksəlib.

Asfalt islandığı üçün sürücülərdən ardıcıl səhvlər gəlməyə başlayıb. Alonsonun səhvindən istifadə edən Hülkenberq onu keçib, Uebber də irəli keçmək istəyərkən Massa fürsətdən istifadə edib və avstraliyalı sürücünü qabaqlayıb. Bundan sonra Alonsonun uzaqlaşmağına şərait yaradıb. 6-cı dövrədə Rəykkönen və Şumaher boksa gedərək keçid təkərləri alıblar. 7-ci dövrədə Qrojan qəzaya uğrayıb, Uebber yerində fırlanıb və bir neçə mövqe itirib. Fettel artıq 11-ci yerə yüksəlib.

8-ci dövrədə Batton və Həmilton arasında mübarizə başlayıb, hər döngədə lider dəyişib, nəhayət, Batton öndə qala bilib. 9-cu dövrədə ilk onluq: Batton – Həmilton – Hülkenberq – Alonso – Massa – Fettel – di Resta – Rosberq – Rikkardo – Vern.

9-cu dövrədə Rosberq, Rikkardo və Uebber, 10-cu dövrədə Həmilton, Alonso, Fettel və di Resta mexaniklərinə qonaq olublar: Daniel slik seçib, Lyuis McLaren bokslarında ləngiyib, Uebber isə öndə qaldırıcı mexanizmlə dayanan mexaniki sıxışdırıb. Yağış dayanıb, amma bir müddət keçid təkərlər üstün olublar.

15-ci dövrədə Massa və Vern keçid təkərlərini alıblar və yalnız iki lider: Batton və Hülkenberq trasda sliklərlə qalıblar. Niko hücum məsafəsinə yaxınlaşıb və 18-ci dövrədə önə çıxaraq karyerasında ilk dəfə yarışa başçılıq edib. Tras quruduğundan sliklər üstünlük qazanıblar. Sürücülər qrup halında boksa slik dalınca yollanıblar. Fettel trasa düz Alonsonun arxasında 5-ci yerdə qayıdıb.

22-ci dövrədə Hülkenberq və Battonun peletondan üstünlüyü 46 saniyəyə çatıb, amma trasda olan çoxsaylı qırıntılar üzündən trasa çıxan Təhlükəsizlik Maşını (TM) bu üstünlüyü heçə endirib. Qırıntılar üzərində Rosberqin maşınında arxa təkər partlayıb. Hülkenberq və Batton təkərlərini dəyişiblər və Niko öndə qala bilib. TM-in arxasında ilk onluq: Hülkenberq – Batton – Həmilton – Alonso – Fettel – Kobayaşi – Uebber – di Resta – Rikkardo – Rəykkönen.

29-cu dövrədə yarışa restart verilib və mübarizə davam edib. Hülkenberq liderliyini saxlayıb, Kobayaşi Fetteli keçib, Uebber təhlükəsizlik zonasında çıxıb və bir neçə mövqe itirib. 30-cu dövrədə Həmilton Battonu qabaqlayaraq önə çıxıb. 31-ci dövrədə Kobayaşi Alonsonu keçib, amma tezliklə Fernando mövqeyini geri qaytara bilib. Rəykkönen səhvə yol verərək bir neçə mövqe itirib. Hülkenberq və Həmilton sürətli dövrələrə imza atmaqla peletondan uzaqlaşmağa başlayıblar. 34-cü dövrədə Madda Fetteli, 36-cı dövrədə isə Kobayaşini keçib, di Resta isə yerində fırlanıb. 37-ci dövrədə ilk onluq: Hülkenberq – Həmilton – Batton – Alonso – Massa – Kobayaşi – Fettel – Rikkardo – Uebber – Şumaher.

Rəykkönen və di Resta Şumaheri qabaqlayıblar, Uebber isə Rikkardonu keçib. Trsda vəziyyət stabilləşib. Yüngül yağış damcılamağa başlayıb. Həmilton tədricən Hülkenberqə yaxınlaşıb, 48-ci dövrədə Niko səhvə yol verib və Lyuis liderliyi əla alıb.

52-ci dövrədə Rəykkönen səhvə yol verib, trasdan çıxıb və köməkçi yola düşüb, sonra yerində fırlanaraq trasa qayıdıb, təkərlərini tam yararsız ahala saldığı üçün boksa tələsib. Birinci döngədə dövrəvi sürücülərdən istifadə etməyə çalışan Hülkenberq Həmiltona hücum edib, maşın sürüşüb və Lyuisin McLaren-inə çırpılıb – britaniyalı sürücü mübarizədən kənar qalıb. Hülkenberq isə insidentə görə stüardlardan pit-leyndən keçmək cəzası alıb.

Yağış güclənməyə başlayıb, sürücülər yenidən boksa tələsiblər, Red Bull hazır olmadığı üçün Fettel boksda ləngiməli olub. 59-cu dövrədə ilk onluq: Batton – Massa – Alonso – Uebber – Hülkenberq – Şumaher – Fettel – Kobayaşi – Vern – di Resta.

61-ci dövrədə Massa Alonsonu irəli buraxıb. Bu zaman Fettel 7-ci yerdə olub – titul qazanmağa bu mövqe kifayət edib, amma Sebastyan 64-cü dövrədə Şumaheri də keçərək vəziyyət möhkəmləndirib.

65-ci dövrədə Petrov Piki qabaqlayaraq 12-ci yerə yüksəlib – zəif komandaların Mühəndislər Kubokunda mübarizəsi bu yerdən çox asılı olub. 68-ci dövrədə Şumaherlə Kobayaşi arasında təmas yaşanıb və yaponiyalı sürücü geri qalıb. 69-cu dövrədə di Resta qəzaya uğrayıb – trasa TM çıxıb, amma bir dövrədən sonra TM geri çağrılıb ki, maşınlar finiş xəttini keçə bilsinlər.

Çox maraqlı mövsüm çox maraqlı yarışla başa çatıb. Censon Batton mövsümdə 3-cü, karyerasında isə 15-ci qələbəsini qazanıb. Ferrari sürücüləri podiumu tamamlamaqla Mühəndislər Kubokunda ikinci yeri tutublar. Titulu isə üçüncü dəfə ardıcıl Sebastyan Fettel qazanıb.

Melburnda yeni mövsümün startına 111 gün qalır, qarşıda bizi yeni müqavilələrin bağlanması, yeni maşınların təqdimatı və mövsümöncəsi testlər gözləyir…

Yer Pilot Komanda Motor Vaxt
01 C.Batton McLaren Mercedes 1.45:22.656
02 F.Alonso Ferrari Ferrari + 0:02.754
03 F.Massa Ferrari Ferrari + 0:03.615
04 M.Uebber Red Bull Renault + 0:04.936
05 N.Hülkenberq Force İndia Mercedes + 0:05.708
06 S.Fettel Red Bull Renault + 0:09.453
07 M.Şumaher Mercedes AMG Mercedes + 0:11.907
08 J.E.Vern Toro Rosso Ferrari + 0:28.653
09 K.Kobayaşi Sauber Ferrari + 0:31.250
10 K.Rəykkönen Lotus Renault + 1 dövrə
11 V.Petrov Caterham Renault + 1 dövrə
12 Ş.Pik Marussia Cosworth + 1 dövrə
13 D.Rikkardo Toro Rosso Ferrari + 1 dövrə
14 H.Kovalaynen Caterham Renault + 1 dövrə
15 N.Rosberq Mercedes AMG Mercedes + 1 dövrə
16 T.Qlok Marussia Cosworth + 1 dövrə
17 P.de la Rosa HRT Cosworth + 2 dövrə
18 N.Kartikeyan HRT Cosworth + 2 dövrə
19 P.di Resta Force İndia Mercedes + 2 dövrə
L.Həmilton McLaren Mercedes
R.Qrojan Lotus Renault
P.Maldonado Williams Renault
B.Senna Williams Renault
S.Peres Sauber Ferrari

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:18.069 (38-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 281
02 F.Alonso Ferrari Ferrari 278
03 K.Rəykkönen Lotus Renault 207
04 L.Həmilton McLaren Mercedes 190
05 C.Batton McLaren Mercedes 188
06 M.Uebber Red Bull Renault 179
07 F.Massa Ferrari Ferrari 122
08 R.Qrojan Lotus Renault 96
09 N.Rosberq Mercedes AMG Mercedes 93
10 S.Peres Sauber Ferrari 66
11 N.Hülkenberq Force İndia Mercedes 63
12 K.Kobayaşi Sauber Ferrari 60
13 M.Şumaher Mercedes AMG Mercedes 49
14 P.di Resta Force İndia Mercedes 46
15 P.Maldonado Williams Renault 45
16 B.Senna Williams Renault 31
17 J.E.Vern Toro Rosso Ferrari 16
18 D.Rikkardo Toro Rosso Ferrari 10
19 V.Petrov Caterham Renault 0
20 T.Qlok Marussia Cosworth 0
21 Ş.Pik Marussia Cosworth 0
22 H.Kovalaynen Caterham Renault 0
23 J.D’Ambrozio Lotus Renault 0
24 N.Kartikeyan HRT Cosworth 0
25 P.de la Rosa HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 460
02 Ferrari Ferrari 400
03 McLaren Mercedes 378
04 Lotus Renault 303
05 Mercedes AMG Mercedes 142
06 Sauber Ferrari 126
07 Force İndia Mercedes 109
08 Williams Renault 76
09 Toro Rosso Ferrari 26
10 Caterham Renault 0
11 Marussia Cosworth 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Braziliya Qran Prisi: Yarış

Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +43° C Mövsümün son yarışı qüvvələr nisbətinə yekun vurub və bir neçə […]

Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +43° C

Mövsümün son yarışı qüvvələr nisbətinə yekun vurub və bir neçə vacib suala cavab verib. Əgər hər iki titulun sahibləri əvvəldən məlum idisə, şəxsi hesabda ikinci yer uğrunda İnterlaqosda 3 sürücü mübarizə aparırdı. Mühəndislər Kubokunda 6-cı yer uğrunda mübarizə də maraqlı idi: Force İndia, Sauber və Toro Rosso FİA-da daha çox pul qoparmaq istəyirdi, Adrian Sutil isə Vitaliy Petrovla 9-cu yer uğrunda mübarizə aparırdı.

Uik-endin bütün sessiyaları quru trasda keçmişdi, amma hava proqnozu bazar gününə yüksək ehtimalla yağış vəd edirdi, ona görə də bəzi komandalar artıq cümə günündən yağış sazlanmalarıü zərində işləmişdi – Braziliya havası isə bir daha sübut etdi ki, qadın məntiqi kimi gözlənilməzdir…

Startda qəza baş verməyib – Fettel poulun üstünlüyünü saxlayıb, Alonso Həmiltonu, Massa Rosberqi qabaqlayıb. Artıq ikinci dövrədə Fettel Uebberdən 2.2 saniyə uzaqlaşıb.

10-cu dövrədə Şumaher Sennaya hücum edb, maşınlar təmas yaşayıblar və almaniyalı sürücünün maşınında arxa təkər partlayıb – Mixael boksa yönəlib. 11-ci dövrədə Alonso Battonu üstələyərək üçüncü yerə yüksəlib.

13-cü dövrədə Senna, 14-cü dövrədə Petrov, 15-ci dövrədə Sutil, 16-cı dövrədə Batton, 17-ci dövrədə Alonso, Həmilton və Rosberq, 18-ci dövrədə Fettel və di Resta, 19-cu dövrədə isə Uebber ilk pit-stoplarını reallaşdırıblar.

Stüardlar Şumaherlə insidentdə Sennanı təqsirkar bilərək pit-leyndən keçməklə cərimə ediblər – 19-cu dövrədə braziliyalı sürücü cəriməsini çəkib.

Yarışa pit-stop etməmiş Massa başçılıq edib, amma 21-ci dövrədə Fettel braziliyalı sürücünü keçərək liderliyi geri qayatarıb. Növbəti dövrədə Felipe pit-stopa gedib.

Marussia Virgin komandasının mexanikləri Timo Qlokun maşınına arxa sol təkəri yaxşı bağlamadıqları üçün almaniyalı sürücü mübarizədə kənar qalıb. 28-ci dövrədə isə Pastor Maldonado maşınını səkkizinci döngədə saxlayıb.

Komanda Fettelə ötürmələr qutusundakı ciddi problemlər barədə xəbər verib və 30-cu dövrədə Uebber komanda yoldaşını keçərək yarışa başçılıq edib.

31-ci dövrədə Petrov, 32-ci dövrədə Batton və Sutil, 34-cü dövrədə Həmilton və Şumaher, 36-cı dövrədə Alonso, 39-cu dövrədə Uebber, 40-cı dövrədə Fettel ikinci dəfə mexaniklərin qonağı olublar. Lyuis uzun müddət Massaya hücum edib və 45-ci dövrədə üçüncü dəfə pit-stop keçirməli olub və bərk təkərlərlə trasa qayıdıb. Bir dövrə sonra Felipe ikinci pit-stopunu keçirib və Lyuisin önündə trasa qayıdıb, amma 47-ci dövrədə Lyuisin maşınında ötürmələr qutusu imtina edib.

51-ci dövrədə Sutil Rosberqi keçərək altıncı yerə yüksəlib. 53-cü dövrədə Batton və Şumaher, 55-ci dövrədə Alonso, 58-ci dövrədə Uebber, 59-cu dövrədə Fettel mövsümdə sonuncu dəfə təkərlərini dəyişiblər. 62-ci dövrədə Batton Alonsonu üstələyib.

Mark Uebber mövsümdə 1-ci, karyerasında isə 7-ci qələbəsini qazanıb. Sebastyan Fettel finişdə ikinci olmaqla Red Bull-a daha bir dubl qazandırıb. Censon Batton podiumun son pilləsinə qalxmaqla mövsümün vitse çempionu olub.

Mühəndislər Kubokunda dəyişiklik olmayıb, amma Adrian Sutil Lotus Renault GP komandasının sürücülərini keçərək mövsümü 9-cu yerdə başa vurub.

Mövsüm başa çatıb, qarşıda qış tətilləri gəlir, daha sonra isə yeni maşınların təqdimatı və mövsümöncəsi testlər gəlir. Avstraliya Qran Prisinin startına isə 111 gün qalır…

Yer Pilot Komanda Motor Vaxt
01 M.Uebber Red Bull Renault 1.32:17.434
02 S.Fettel Red Bull Renault + 0:16.983
03 C.Batton McLaren Mercedes + 0:27.638
04 F.Alonso Ferrari Ferrari + 0:35.048
05 F.Massa Ferrari Ferrari + 1:06.733
06 A.Sutil Force İndia Mercedes + 1 dövrə
07 N.Rosberq Mercedes GP Mercedes + 1 dövrə
08 P.di Resta Force İndia Mercedes + 1 dövrə
09 K.Kobayaşi Sauber Ferrari + 1 dövrə
10 V.Petrov Lotus Renault GP Renault + 1 dövrə
11 X.Algersuari Toro Rosso Ferrari + 1 dövrə
12 S.Buemi Toro Rosso Ferrari + 1 dövrə
13 S.Peres Sauber Ferrari + 1 dövrə
14 R.Barrikello Williams Cosworth + 1 dövrə
15 M.Şumaher Mercedes GP Mercedes + 1 dövrə
16 H.Kovalaynen Team Lotus Renault + 1 dövrə
17 B.Senna Lotus Renault GP Renault + 2 dövrə
18 Y.Trulli Team Lotus Renault + 2 dövrə
19 J.D’Ambrozio Marussia Virgin Cosworth + 3 dövrə
20 D.Rikkardo Hispania Cosworth + 3 dövrə
V.Liutsi Hispania Cosworth
L.Həmilton McLaren Mercedes
P.Maldonado Williams Coswort
T.Qlok Marussia Virgin Cosworth

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:15.324 (71-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 392
02 C.Batton McLaren Mercedes 270
03 M.Uebber Red Bull Renault 258
04 F.Alonso Ferrari Ferrari 257
05 L.Həmilton McLaren Mercede 227
06 F.Massa Ferrari Ferrari 118
07 N.Rosberq Mercedes GP Mercedes 89
08 M.Şumaher Mercedes GP Mercedes 76
09 A.Sutil Force İndia Mercedes 42
10 V.Petrov Lotus Renault GP Renault 37
11 N.Haydfeld Lotus Renault GP Renault 34
12 K.Kobayaşi Sauber Ferrari 30
13 P.di Resta Force İndia Mercedes 27
14 X.Algersuari Toro Rosso Ferrari 26
15 S.Buemi Toro Rosso Ferrari 15
16 S.Peres Sauber Ferrari 14
17 R.Barrikello Williams Cosworth 4
18 B.Senna Lotus Renault GP Renault 2
19 P.Maldonado Williams Coswort 1
20 P.de la Rosa Sauber Ferrari 0
21 Y.Trulli Team Lotus Renault 0
22 H.Kovalaynen Team Lotus Renault 0
23 V.Liutsi Hispania Cosworth 0
24 J.D’Ambrozio Marussia Virgin Cosworth 0
25 T.Qlok Marussia Virgin Cosworth 0
26 N.Kartikeyan Hispania Cosworth 0
27 D.Rikkardo Hispania Cosworth 0
28 K.Çandhok Team Lotus Renault 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 650
02 McLaren Mercedes 497
03 Ferrari Ferrari 375
04 Mercedes GP Mercedes 165
05 Lotus Renault GP Renault 73
06 Force İndia Mercedes 69
07 Sauber Ferrari 44
08 Toro Rosso Ferrari 41
09 Williams Cosworth 5
10 Team Lotus Renault 0
11 Hispania Cosworth 0
12 Marussia Virgin Renault 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*