21 Sentyabr 2019, Şənbə - 17:20

R.Qrojan: “Orta qrupun ən sürətlisiyik”

R.Qrojan: “Orta qrupun ən sürətlisiyik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:17 - 29 Mart, 2017

Haas komandasının sürücüsü Roman Qrojan Avstraliya yarışında iki bolidlə mübarizəni dayandıran komandasının potensialından razıdır.

F-1.az xatırladır ki, Roman Qrojan mövsümün ilk yarışına 6-cı yerdən start alsa da, su sızıntısı probleminə görə 7-ci yerdə apardığı yarışda mübarizəni dayandırmalı olmuşdu.

Roman Qrojan: “Yarış vaxtı birdən güc itirməyə başladım. Boksdakılarla danışıb, mübarizəni dayandırmağa qərar verdik. Start mənim üçün ideal deyildi, amma düşünürəm ki, Williams-dan sürətli idik. Lakin ötmə edə bilmədim. Mövsüm ərzində ən vacib amil stabillik olacaq. Keçən il Bəhreyndə 5-ci yeri tutduqdan sonra Çində 19-cu olmuşduq. Belə olsa, yuxarı pillələrdə qərarlaşa bilmərik. Növbədə çoxlu yarışlar var və inkişaf edəcəyimizə inanıram. Ümid edirəm ki, 2016-cı ildəkindən yaxşı nəticə alarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 594
Teqlər , , ,
Paylaş

logo