P.Simonds: “Alonso insanları tez unudurdu”

Formula1-in texniki direktoru Pət Simonds da Fernando Alonso ilə Mixael Şumaxeri müqayisə edənlər sırasına qoşulub.

F-1.az xatırladır ki, britaniyalı mütəxəssis müxtəlif vaxtlarda həm Şumaxerlə, həm də Alonso ilə işləyib.

Pət Simonds: “Sürücü kimi bənzəyirdilər. İkisi də xüsusi işlər görə bilirdilər. Həmişə boliddən maksimumu çıxarırdılar. Benzinə qənaət edildiyi dövrlərdə Ross Braunun radiodan Mixaelə dediklrərini və istəklərni xatırlayıram. Mixael bütün istəkləri yerinə yetirirdi. Fernando da belə idi. Onların əlində həmişə daha çox məlumat olardı. Bu məlumatlardan necə istifadə edəcəklərini bilirdilər. Özlərinə inam var idi və ikisi də mühəndisləri ilə yaxşı işləyirdilər. Nə edəcəklərini və necə qazanacaqıarını bilirdilər.

Əlbəttə, fərqləri var idi. Ən böyük fərq Mixaelin insanlarla yaxşı yola getməsi idi. Həmişə üzü gülürdü. İdmanda tanış olduğum ən yaxşı adamlar biri idi. İdmanın gördüyü ən yaxşı adamlardan biri idi. Komanda işçiləri onun üçün vacib idi. Hamının adını bilirdi. Heç vaxt unutmazdı. Eyni məhəllədə yaşasaydıq, ən yaxın dostum olardı. Lakin Fernando tam əks adam idi. İnsanlar onun üçün çox vacib deyildi. Hamısının adını bilməzd. Bəzilərilə yaxın olsa da, Mixael kimi deyildi. Şumaxer bilirdi ki, bütün komanda onun arxasındadır. Alonso isə sadəcə ona kömək edən adamlarla yaxın idi. Kömək etməyənləri tez unudurdu.

Komanda qura bilən iki sürücü gördüm. Mixael və Mark. İkisi də çox xüsusi xarakterə sahib idilər. Hamı onları sevərdi. Buna görə də komanda işçiləri onlara kömək edərdi. Fernando yaxşı lider idi. Hamı ona hörmət edirdi. Amma Mixael kimi ilhamverici deyildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*