F.Alonso: Ən yaxşı yarışım Meksika idi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Braziliyadan xoşbəxt ayrılır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışında səhv etmiş və yarışa 18-ci yerdən başlamalı olmuşdu. Buna baxmayaraq, finişə 5-ci yerdə çataraq aktivinə daha 10 xal yazıb.

Fernando Alonso: “Bizim üçün yaxşı yarış idi. Üç pit-stoplu strategiya seçdik və buna görə fərqli yöndə idik. Xüsusilə sonuncu təhlükəsizlik maşını hər şeyin dəyişməsinə səbəb oldu.

Yarışın son hissəsində təkərlərim daha yeni idi. Bunun hesabına Çekonu keçib, Şarlla mübarizə apardım. McLaren-in iki maşınla da yarışdan çəkilməsi hesabına fərqi xeyli açdıq.

Yenə də bu yarış ən yaxşı yarışım deyildi. Ən yaxşı yarışım Meksika idi. Orada yarışı bitirə bilmədim. Nəticəni bir kənara qoysaq, Meksikada özümü daha yaxşı hiss edirdim.

Burada tempimiz yaxşı idi. Sprintdə də sürətli idik. Sıralanma turunda da yaxşı nəticə qazanmışdıq. Sadəcə sıralanma turunun son sessiyasındakı yağış özümə olan inamı azaltmlşdı. Lakin performansımız yaxşı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*