Bridgestone Avstraliyada: Soft və Hard

Bu il Bridgestone şirkəti mövsümün gedişində komandalara dörd təkər tərkibi təqdim edəcək – SuperSoft, Soft, Medium və Hard – hər […]

Bu il Bridgestone şirkəti mövsümün gedişində komandalara dörd təkər tərkibi təqdim edəcək – SuperSoft, Soft, Medium və Hard – hər uik-endə iki təkər tərkibi. Tərkiblərin adları dəyişməsə də, konstruktivləri yenilənib, bununla da təkərlərin qızdırılmasına sərf olunan vaxt azalıb və resursları artıb.

Yeni reqlamentə əsasən uik-end ərzində komandaların işlətdikləri təkər dəstlərinin sayı azaldılıb – indi hər sürücü 14 (7 bərk və 7 yumşaq) təkər dəsti əvəzinə cəmi 11 (6 bərk və 5 yumşaq) təkər dəstindən istifadə edə biləcək. Yağış təkər dəstlərinin sayı isə keçən il olduğu kimi qalıb – yarış zamanı sürücü 3 dəst yağış və 4 dəst keçid təkərlərindən istifadə edə bilər.

Hirohide Hamaşima, Bridgestone Motorsport-un yarış təkərləri şöbəsinin başçısı: “2010-cu ildə komandalar və Bridgestone yeni imtahanla üzləşəcəklər – yanacaqdoldurmanın qadağan olunması üzündən biz quru asfalt üçün bütün tərkiblərin konstruktivini dəyişmişik, indi startda maşınlar keçən illə müqayisədə 100 kq ağır olacaqlar, ilk onluq isə yarışa sıralanma turunda istifadə etdikləri təkərlərlə başlayacaqlar. Logistika bölümünün də işi artıb – komandaların sayı artıq və təqvimdə 19 yarış var.

Avstraliya yarışı Albert Parkda keçirilir və tras bir il ərzində boş qalır, şəhər tipli tras sayılsa da, biz komandalara nisbətən bərk tərkibli təkərlər təqdim edəcəyik. Soft bir dövrədə tez qızmaqla bir dövrədə daha yaxşı sürət təmin etməlidir, Hard isə uzun məsafədə stabil olmalıdır. Əminəm ki, bizi maraqlı uik-end gözləyir – sinoptiklər yağışın müdaxiləsini istisna etmirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*