Rəsmən: Colion Palmer Renault-da qalır!

Renault komandasının yaydığı rəsmi məlumata əsasən, Colion Palmer 2017-ci ildə komandada qalacaq.

F-1.az xatırladır ki, Renault gələn mövsüm üçün Niko Hülkenberqi transfer etmişdi. Bu da, o demək idi ki, ya Palmer, ya da Maqnussen komandadan getməli idi. Renault gələn mövsüm üçün gözlənilənlərin əksinə olaraq britaniyalının xidmətlərində israrlı olub.

Qeyd edək ki, son günlərdə sürücü bazarı çox hərəkətli olub. Kevin Maqnussenin Renault-dan Haas-a, Okonun isə Manor-dan Force İndia-ya keçməsi gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*