S.Volff F1 Academy-ə rəhbərlik edəcək

Toto Volffun həyat yoldaşı, keçmiş yarış pilotu Susie yenicə yaradılmış F1 Akademiyasının Qadınlar Seriyasına rəhbərlik edəcək.

F-1.az xəbər verir ki, o, birbaşa F1 prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə hesabat verəcək.

Syuzi Volff: “Formula1 Akademiyası bizə avtoidmanın zirvəsinə gedən yolda istedadlı qadınları tapmaq və yetişdirmək üçün ən yaxşı struktur yaratmaqla sənayemizdə real dəyişiklikləri təşviq etməyə imkan verəcək. Qarşıda ağır iş var, amma işləri düzəltmək üçün açıq-aydın qətiyyət var.

İnanıram ki, Formula1 Akademiyası sadəcə yarışdan daha çoxu ola bilər. O, bütün dünyada qadınları öz arzularının arxasınca getməyə ruhlandırmaq və istedad, ehtiras və qətiyyətlə onların əldə edə biləcəklərinin heç bir həddi olmadığını başa salmaq gücünə malikdir.”
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*