24 Yanvar 2019, Cümə axşamı - 09:02

C.Savar rəssamın uzaqgörənliyi barədə

C.Savar rəssamın uzaqgörənliyi barədə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:52 - 22 Dekabr, 2012

Fransız əsilli britaniyalı jurnalist Co Savar msitikalı bir kəşfi ilə bölüşüb. Co fransalı rəssam və ilüstrator Jorj Hamelin yaradıcılığının pərəstişkarıdır, […]

Fransız əsilli britaniyalı jurnalist Co Savar msitikalı bir kəşfi ilə bölüşüb. Co fransalı rəssam və ilüstrator Jorj Hamelin yaradıcılığının pərəstişkarıdır, keçən əsrin 30-cu illərində bu rəssam Jeo Ham ləqəbi altında bir çox Qran Prilərə çox gözəl plakatlar çəkib.

Co Savar öz bloqunda yazır: “Jeonun əvvəllər görmədiyim bir əsəri əlimə keçdi və çox xoşuma gəldi. Mən bu rəssamın köhnə pərəstişkarıyam və kabinetimdə onun məşhur plakatlarından biri asılıb. Onun Monako Qran Prisi və “Lə Manın 24 saatı” yarışlarına hazırladığı posterlər Art-Deko janrının zirvəsi sayılır və çox məşhurdurlar.

Onun özü də bəzən sükan arxasında yarışlara qatılırdı, ona görə də şəkillərdə özünün sürət ehtirasını əks etdirə bilirdi.

Amma əlimə keçən bu əsərində maraqlı bir məqam gördüm: sükan araxsında oturmuş sürücünün simasında tanış xüsusiyyətlər sezdim. Əsərə diqqətlə baxmalı oldum və birdən başa düşdüm ki, şəkildəki sürücü Mixael Şumaherdir. Əminəm ki, siz mənim nədən danışdığımı başa düşəcəksiniz…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , ,
Paylaş

logo