13 Noyabr 2019, Çərşənbə - 23:50

S.Volff: “Növbə kimdədir?

S.Volff: “Növbə kimdədir?

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 03 Fevral, 2018

Sabiq Formula1 sürücüsü Syuzi Volff bildirib ki, düzülüşdəki qızlardan imtina edilməsini anlamır.

F-1.az xatırladır ki, Liberty Media idmanı satın aldıqdan sonra bəzi dəyişikliklər edib. Amerikanların son işgüzarlığı isə düzülüşdəki qızlardan imtina etmək olub.

Syuzi Volff: “Avtoidmanda 25 ildir ki, çıxış edirəm və düzülüşdəki qızlar məni heç vaxt narahat etməyiblər. Qızlar idmanın bir ənənəsidir. Əksəriyyəti gözəl geyinərək brendləri təmsil edirlər. Avstriyada isə ənənəvi geyimlərdə olurlar. Düzülüşdə olmaq qızlar üçün xüsisiyyətdir. DTM-də çıxış edərkən bir qızla danışmışdım. Tibb universitetində oxuyurdu və yarış maşınlarına yaxın olduğu üçün xoşbəxt idi. Maraqla və ümidlə izləyirəm. Qızlar getdi, bəs növbədə nə var?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 250
Teqlər
Paylaş

logo