Almaniya mətbuatı Mercedes GP-ni tənqid edir

Almaniya mətbuatı Sebastyan Fettelin Avstraliyada çıxışlarına epitetlər söyləməkdən yorulmur, eyni zamanda mənfi fikirlər Mercedes GP komandasının ünvanına yönəlib. Keçən il […]

Almaniya mətbuatı Sebastyan Fettelin Avstraliyada çıxışlarına epitetlər söyləməkdən yorulmur, eyni zamanda mənfi fikirlər Mercedes GP komandasının ünvanına yönəlib.

Keçən il azarkeşlərin ümidləri böyük idi – çempion Brawn GP komandasının Mercedes GP-yə çevrilməsi, Mixael Şumaherin qayıtması. Tez bir zamanda uğur qazanmaq mümkün olmadı – maşın zəif alınmışdı, amma jurnalistlər və azarkeşlər komanda rəhbərliyinin dəlilləri ilə razılaşmışdılar: maşın kasıb Brawn GP komandasının vəsaitləri hesabına qurulmuşdu və Mixaelin sürmə stilinə uyğun deyildi.

Hamı elə bilirdi ki, 2011-ci ildə vəziyyət düzələcək, həm də mövsümöncəsi testlərin sonunda ciddi inkişaf aşkar görünürdü, komanda rəhbərliyi və sürücülər ambisiyalarını gizlətmirdilər, amma mövsümün ilk Qran Prisində yalnız Niko Rosberq sıralanma turunun son sessiyasına keçə bilib, yarışda isə hər iki sürücü finişə çata bilməyib – bu hadisə Mercedes-in zavod komandasının qısa tarixində (1954-55-ci və 2010-11-ci illərdə) birinci dəfə baş verib.

Bugünkü Bild komandanı “gümüşü ilbiz” adlandırıb və Red Bull komandasının başçısı Kristian Hornerin fikrini manjetə çıxarıb: “Mercedes GP-nin bəxti gətirdi ki, hər iki maşını finişə çatmayıb, heç kim görmədi ki, onların maşınları nə dərəcədə yavaşdırlar.”

Mixael Şumaher tənqidə təmkinlə cavab verib: “Biz Melburnda uğurlu qış testlərindən sonra böyük ümidlərlə gəlmişdik, amma bu uik-end heç nə edə bilmədik. Testlərdə biz sürətli idik, indi başa düşməliyik ki, nəyi düzgün etməmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*