16 İyun 2019, Bazar - 11:11

S.Fettel: “Uebber bu gün məğlubedilməz idi!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:00 - 15 İyul, 2009

Almaniya Qran Prisinin finişindən sonra Sebastyan Fettel jurnalistlərə bildirib ki, Mark Uebber bu gün çox sürətli olub… Sebastyan Fettel: “Mən […]

Almaniya Qran Prisinin finişindən sonra Sebastyan Fettel jurnalistlərə bildirib ki, Mark Uebber bu gün çox sürətli olub…

Sebastyan Fettel: “Mən MArkı təbrik edirəm, bu gün o məğlubedilməz idi. Əsil layiqli qələbədir, biz dubl etdik və mən xoşbəxtəm. Mən ikinci yerdən razıyam – dünən Mark öz işinin öhdəsindən layiqincə gəldi və bu gün qələbə qazanmağa tam haqqı var idi.

Mən qələbə uğrunda mübarizə aparmaq şansını elə birinci döngəyə qədər itirdim, KERS qoyulmuş maşınlar məni keçdilər, mən startda dördüncü dursam da, birinci döngədən səkkizinci çıxdım. Sonra yumşaq təkərlərlə problemlər yaşadım və mən heç cür Felipeni keçə bilmədim – mən ona yaxınlaşan kimi o KERS düyməsini basırdı. Xoşbəxtlikdən komandanın uğurlu taktikası sayəsində mən ikinci eyri qazana bildim.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 176
Teqlər
Paylaş

logo