14 Dekabr 2018, Cümə - 14:34

S.Fettel özünü qəribə hiss edib

S.Fettel özünü qəribə hiss edib

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 05 Aprel, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, düzülüşdəki qızların olmaması və yarışın 10 dəqiqə gec başlaması qəribədir.

F-1.az xatırladır ki, Liberty Media düzülüşdəki qızları uşaqlarla əvəz etmişdi. Bundan başqa yarışlar da artıq 10 dəqiqə gec başlayır.

Sebastyan Fettel: “Mən, deyəsən, konservativ insanam və bu cür yeniliklərə qarşıyam. Səbəbini anlamıram. Təbii ki, mən mütəxəssis deyiləm, amma dəyişikliklər mənə məntiqli gəlmir. Yarışların gec başlamasını anlamadım. Bundan başqa düzülüşdə qızların olmaması məyusedicidir. Bunlardan başqa heç nə dəyişməyib. Sürüş cəhətdən dəyişiklik yoxdur. Amma iki dəyişiklik mənə qəribə gəldi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər ,
Paylaş

logo