17 Avqust 2019, Şənbə - 15:12

S.Fettel: “Senna ilə Şumi rəqabətini görmək istərdim”

S.Fettel: “Senna ilə Şumi rəqabətini görmək istərdim”

Müəllif: Rauf Hacıyev, redaktor

11:04 - 26 Aprel, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel müasir dövrdə əfsanəvi sürücülərin rəqabətini görmək istəyir.

F-1.az xatırladır ki, mayın 1-də Ayrton Sennanın ölümünün 25-ci ildönümü olacaq.

Sebastyan Fettel: “Mənim qəhrəmanım Mixael Şumaxerdir. Onları bir-birilə müqayisə edənlər çoxdur. Bəziləri Mixaelin, bəziləri Sennanın güclü olduğunu deyirlər. Amma mən müqayisə etməyəcəm. Çünki ikisi də mükəmməl idi. Ayrton daha əvvəl zirvəyə yüksəldi. Onların təkər-təkərə mübarizəsini izləmək olardı. Ancaq o, bəzi səbəblərə görə daha güclü görünür. Qısa müddət ərzində qazandığı uğurlar, sükan arxasındakı həssaslığı heyrətamiz idi. Sennanın qəzasını televizordan izləyirdim. O vaxtı baş verdiyini anlamamışdım, çünki öldüyünü göstərməmişdilər. Ancaq atam Sennanın fanatı idi və şoka düşmüşdü. O an bütün azarkeşlərin səsi kəsilmişdi. Formula1 üçün böyük itki idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər , , ,
Paylaş

logo