15 Oktyabr 2019, Çərşənbə axşamı - 23:20

Ferrari-nin yeni maşını SF15-T adlanacaq

Ferrari-nin yeni maşını SF15-T adlanacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:42 - 27 Yanvar, 2015

Artıq bir neçə gündən sonra Ferrari komandasının 2015-ci il mövsümü üçün hazırladığı yeni maşın təqdim olunacaq, ona görə də komandanın […]

Artıq bir neçə gündən sonra Ferrari komandasının 2015-ci il mövsümü üçün hazırladığı yeni maşın təqdim olunacaq, ona görə də komandanın mətbuat xidməti hər gün maşınla bağlı məlumat verməklə azarkeşləri daim intizarda saxlayır – bu gün yeni maşının adı məlum olub.

Sürpriz baş verməyib, komanda ardıcıllığı qoruyub – yeni maşın SF15-T adlanacaq: ilk iki hərf Scuderia Ferrari brendini, sonrakı iki rəqəm təqvim ilini, T hərfi isə turbomotordan istifadəni göstərir.

F-1.az bir daha xatırladır ki, cümə günü internetdə təqdim olunacaq yeni maşın, iki gün sonra Xeresdə debüt edəcək – ilk iki günü sükan axrasında Sebastyan Fettel işləyəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 453
Teqlər , , ,
Paylaş

logo