S.Peres: Mayami gözəl olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Mayami yarışı Formula1 üçün gözəl olacaq.

F-1.az xatırladır ki, Mayami bu il Formula1-i qəbul edəcək və əksəriyyət heyrətamiz həftəsonu gözləyir.

Serxio Peres: “Məncə, bu həftəsonu idman tarixinin ən yaxşı atmosferlərindən birinə sahib olacağıq. Hamı həftəsonundan həzz alır. Buraya gələn bütün azarkeşlər, sürücülər və komanda işçiləri həzz alırlar. Bu yarışlar fərqlidirlər. İdmanımız hazırda çox populyardır. Drive to Survive idmana pozitiv qatqılar gətirdi. Dünyaya gözəl məhsul satırıq. İnsanlar bunun gözəl idman olduğunu anlayırlar.

Hər həftə qalib gəlmək istəyirəm. Əsas hədəfim budur. Bu il Maksla fərqi azaltmışam. Bu da komandaya öyrəşdiyimin göstəricisidir. Bir yerdə əla işləyirik. Əsas hədəfim çempionluq titulunu qazanmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*