Red Bull gənc sürücüsü Vipslə münasibətləri dayandırıb

Red Bull komandası Formula2-də yarışan gənc sürücüsü Yuri Vipslə irqçilik etdiyi üçün münasibətlərini dayandırıb.

F-1.az xatrıladır ki, gənc sürücü sosial şəbəkədə canlı yayım edərkən irqçi sözlərdən istifadə edib. Avstriya komandası da onunla olan münasibətləri dayandırıb.

Red Bull bu barədə belə açıqlama verib: “Hadisə ilə bağlı araşdırma bitənə qədər Yuri Vipslə olan münasibətləri dayandırırıq. Komanda olaraq belə hərəkətləri qınayırıq və irqçiliyə qarşı tolerant yanaşa bilmərik”.

Yuri Vips isə belə danışıb: “Bu, qəbul edilməz haldır və mənim sahib olduğum dəyərləri əks etdirmir. Hərəkətlərimə görə peşmanam və belə şeylərlə insanlara nümunə olmaq istəmirəm. Araşdırmada komandama kömək edəcəm”.

Xatırladaq ki, Vips 2018-ci ildən Red Bull komandasının gənc sürücü proqramındadır və hazırda Hitech komandası ilə Formula2-də yarışır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*