Red Bull-un qazburaxma sistemi ən effektivdir?

Avstriyalı ekspert Peter Şöqlün fikrincə, Red Bull konstruktorlarının hazırladıqları aşağı qazburaxma sistemi Lotus Renault GP komandasının hazırladıqları radikal sistemdən daha […]

Avstriyalı ekspert Peter Şöqlün fikrincə, Red Bull konstruktorlarının hazırladıqları aşağı qazburaxma sistemi Lotus Renault GP komandasının hazırladıqları radikal sistemdən daha etibarlı və effektivdir.

Mühəndis axtarışının cari mövsümdə əsas istiqaməti diffuzorla qarşılıqlı əlaqədə işləyən qazburaxma sistemləridir – bu əlaqə maşının arxa hissəsində asfalta yatma qüvvəsini artırır.

Peter Şöql, Avstriyanın AVL şirkətinin mühəndisidir, şirkət Formula1 komandalarından stenddə müəyyən aqreqat və transmissiyanın testləri üçün sifariş alır. Peter Servus TV telekanalına müsahibəsində müasir qazburaxma sistemlərinin əsas iş pronsiplərini şərh edib…

Peter Şöql: “Mühərrikin dirsəkli valı 18 min dövriyyəyə çatanda dəqiqədə 20 min qaz hasil edir. BU isti hava axını diffuzora yönəldilir ki, asfalta yatma qüvvəsi artsın.

Hazırda Formula1-də üç müxtəlif formadan istifadə olunur. Birincisi, mən bunu 08/15 adlandırıram, amma hansı komandanın bu sistemdən istifadə etdiyini deməyəcəm. İkincisi, Renault mühəndislərinin hazırladığı sistemdir, çempionatda qələbə uğrunda mübarizə aparmağa hazırlaşan komanda bu sistemi nüsxələməyəcək, çünki böyük riskdir. Üçüncüsü, Red Bull-un hazırladığı ən güclü sistemdir, bu sistemi Ferrari və McLaren nüsxələmək istəyirlər.”

Hərçənd, digər komandalar, məsələn, Williams və Sauber, tezliklə bu prinsipə əsaslanan öz sistemlərini təqdim edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*