Sürücülər yarışda iştirak edəcəklər

Cümə günü ikinci məşqdən dörd saat sonra Formula1 sürücüləri Yəmənin Ciddəyə raket hücumu ilə bağlı vəziyyəti müzakirə ediblər.

F-1.az bildirir ki, Formula1-in rəhbəri Stefano Domenikali və FİA-nın prezidenti Muhəmməd Ben Sulayemin Səudiyyə Ərəbistanı Qran Prisinin baş tutacağını açıqlamasına baxmayaraq, sürücülərdə təhlükəsizlik və belə şəraitdə yarışmaq imkanlarına ciddi şübhələr yaranıb.

Şənbə günü yerli vaxtla saat 2:30-da (Bakıda 3:30) rəhbərlikdən əlavə təminatlar aldıqdan sonra onlar yarışda iştirak etməyə razılaşıblar. Bu təminatların bir hissəsi yarış baş tutmayacağı təqdirdə ölkəni tez və təhlükəsiz şəkildə tərk etmək imkanı ilə bağlıdır.

Sürücülər heç bir açıqlama vermədilər, lakin brifinqi tərk edərək komanda liderləri təsdiqlədilər: Yarış baş tutacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*