Ronaldu S.Ərəbistanı QP-nə gələcək

Məşhur futbolçunun yarışa gəlməsinin əsas səbəbi kimi müqaviləsindəki bir bənd göstərilir.

F-1.az xatırladır ki, 2023-cü ilin yanvarından Ronaldu yerli Əl-Nasr klubunda çıxış edir və The Sun resursunun məlumatına görə, onun müqaviləsində Ciddədə keçiriləcək Formula1 yarışında iştirak etməli olduğu bənd var. Futbolçunun klubla müqaviləsi illik 173 milyon funt sterlinq olaraq qiymətləndirilir.

Kriştianu Ronaldu sonuncu dəfə 2019-cu ildə Monako Qran Prisinə gəlib. Portuqaliyalı iki il əvvəl Maranellodakı Ferrari bazasında Şarl Leklerlə görüşdüyü yerdə də görüntülənib.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*