V.Bottas: Sona qədər sürdüm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sona qədər əlindən gələni edib.

F-1.az xatırladır ki, finalndiyalı sürücü finiş xəttinə santimetrələr qalmış Okonu keçərək, üçüncü olub. Beləliklə, Bottas çempionatda üçüncü yeri də təmin edib.

Vatteri Bottas: “Doğrudan da asan keçmədi. Qırmızı bayraqlar və digər şeylərə görə çətin yarış idi. Ancaq ikinci qırmızı bayraqdan sonra Medium təkəri seçdik və problem olmadı. Bunun hesabına var qüvvə ilə sürdük. Ötmə etmək çətin idi. Sonda üçüncü ola bildim.

Ciddənin gözəl trası var. Burada yarışmaq həm fiziki, həm də psixoloji cəhətdən çox çətindir. Maraqlı yarış idi. Gələnilki Ciddə yarışını səbirsizliklə gözləyirəm’.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*