V.Bottas: Hamilton daha yaxşı işlədi

Mercedes komandasının sürücüsü Valtteri Bottas məyus olduğunu deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşı Həmiltondan 0.1 saniyə geri qalaraq poulu əldən verib.

Valtteri Bottas: “Məyusam. Sərbəst yürüşlərdən sonra ikimiz arasında yaxın mübarizə gözləyirdim. Üçüncü sessiya yaxşı idi. Sıralanma turunda ilk sektorda çətinlik çəkirdim. İlk döngədə əylənmədə problem yaşayırdım və vaxt itirirdim. İkinci döngədə isə maşının dalı qaçırdı. Lakin trasdakı vəziyyət düzəldikdən sonra bolid də özünə gəldi.

Son dövrəm yaxşı idi. Poul üçün əla şansım var idi. Ancaq Lyuis məndən 0.1 saniyə sürətli idi. O, sıralanma turunda məndən yaxşı performans göstərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*