17 Dekabr 2018, Bazar ertəsi - 06:44

M.Ferstappen: “Yavaşlayaraq sürətləndim”

M.Ferstappen: “Yavaşlayaraq sürətləndim”

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 30 Oktyabr, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümün əvvəlində çox aqressiv davranıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk 6 yarışında səhvlərlə yadda qalsa da, daha sonra yüksələn qrafiklə davam edib və iki yarış qazanmaqla yanaşı bir neçə dəfə podiuma yüksəlib.

Maks Ferstappen: “Özümü dinlədiyim üçün bu fərq əmələ gəldi. Öz işimlə məşğul oldum və yazılara fikir vermədim. Kartinq vaxtı atam həmişə aqressiv olduğumu və sürətli olmadığımı hiss etdiyim zamanlarda belə çox sürətli olduğumu deyərdi. Hisslərimi dinlədim. Bir az yavaşladım və belə görünür ki, bu, məni daha da sürətləndirdi. Mövsümün əvvəlində bəlkə də, aqressiv idim. Yaxşı nəticələr qazanmaq istəyirdim. Amma yavaşlayaraq sürətləndim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər
Paylaş

logo