Böyük Britaniyanın rəsmi şirkətlər reyestri Companies House-undərc etdiyi sənədlərə əsasən, 2025-ci ildə dövriyyə 2024-cü ildəki 525.7 milyon dollarla müqayisədə 574.2 milyon dollar təşkil edib. Artım təxminən 9% olub.
FOM-un xərcləri 256.7 milyon dollardan 276.8 milyon dollara yüksəlib, ümumi mənfəət isə 269 milyon dollardan 297.4 milyon dollara çatıb. İnzibati xərclər də nəzərəçarpacaq dərəcədə artıb – 240.8 milyon dollardan 265.6 milyon dollara. Bununla yanaşı, əməliyyat mənfəəti 28.2 milyon dollardan 31.8 milyon dollara yüksəlib.
Vergidən əvvəlki mənfəət, demək olar ki, dəyişməyib – 2025-ci ildə 26.7 milyon dollar, bir il əvvəl isə 26.6 milyon dollar olub. Fəaliyyət vergisi 2024-cü ildəki 12.7 milyon dollarla müqayisədə 0.7 milyon dollar təşkil edib. Nəticədə, maliyyə ili üzrə xalis mənfəət 25.9 milyon dollar olub, halbuki bir il əvvəl bu göstərici 39.4 milyona çatıb.
Dərc olunan hesabat 2025-ci ilə aiddir və cari mövsümün maliyyə göstəricilərini əks etdirmir. Mərhələlərin ləğvi və təxirə salınmasının hansı təsiri göstərdiyi yalnız 2026-cı il üzrə hesabat dərc edildikdən sonra aydın olacaq, həmin hesabatın 2027-ci ilin sentyabrında açıqlanması gözlənilir.





