F1 2026-cı ildən sintetik yanacağa keçir

F1 rəhbərliyi hələ 2019-cu ildə növbəti 10 il ərzində təbiəti daha az çirkləndirən vasitələrə yönələcəklərini açıqlamışdı.

F-1.az bildirir ki, o vaxtdan 3 il keçib və bu müddət ərzində bir çox işlər görülüb. Çempionatın rəhbərliyi atılan və gələcək addımlar barədə Britaniya Qran Prisi ərəfəsində ictimaiyyətə açıqlamalar vermək qərarına gəlib. Bu proqrama həsr olunan loqotiplər mövsümboyu paddokda və bokslarda geniş şəkildə nümayiş etdiriləcək, çünki bundan bütün dünyanın xəbərdar olmasını istəyirlər.

2026-cı ildən görəcəyimiz yeni nəsil hibrid motorlar sintetik yanacaqlarla işləyəcəklər. Belə yanacaqların hazırlanması prossesi çoxdan başlayıb və gələcəkdə daxiliyanma mühərriklərində qlobal miqyasda istifadə edilə bilər. Bu da avtomobil sənayesinin atmosferə buraxdığı zərərli tullantıların miqdarını kifayət qədər azaldar.

Yeni yanacağın üstünlüklərindən biri də mövcud motorların onlarla işləyəcək olmasıdır. Bu yanacaqlara keçid vacibdir, çünki elektrikləşmə sürətlə getsə də, daxiliyanma mühərrikləri hələ uzun müddət istifadə olunacaq. Bir çox inkişaf etmiş ölkələr növbəti onillikdə belə avtomobillərin satışını qadağan etmək niyyətində olsa da, 2040-cı ilə elektriklə işləyən avtomobillərin ümumi sayın 30%-ni keçməyəcəyi təxmin edilir.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*