Eren Uçlertoprağı: “Biz paddoku genişləndiririk, buna görə də onun tutumu ikiqat artacaq. Bütün infrastruktur tamamilə yenilənəcək – yarışı idarəetmə mərkəzindən başlayaraq ətraf yollara qədər.
Qonaqlar üçün keyfiyyətli infrastruktur üzərində işləyirik, xüsusən də məşhur 8-ci döngəmizin ətrafında. İstəyirik ki, hər kəs ən yaxşı təcrübəni yaşasın.
İlk növbədə azarkeşlər üçün şəraiti yaxşılaşdırmaq istəyirik və hər şey hərəkətin təşkili və nəzarətindən başlayır. Ətraf yollar elə yenidən qurulub ki, hərəkət xeyli rahat olsun”.
TOSFED rəhbəri əlavə edib ki, onlar 2026-cı ildə təqvimə Yaxın Şərqdəki yarışlardan birini əvəzləmək variantı kimi qayıdışı nəzərdən keçirməyiblər: “Biz yarış keçirmək istəyirik, amma bu, gələn mövsümdə yaxşı hazırlanmış, tam hüquqlu bir yarış olmalıdır.
Mən 2026-cı ildə mərhələnin keçirilməsini nə FİA, nə də Formula1-lə müzakirə etmişəm və mənə belə bir təkliflə müraciət olunmayıb. Bizim qrafikimiz var və ona əməl etmək istəyirik”.





