Ötən illə müqayisədə Bakıda 2-ci, 3-cü və 4-cü döngələrin bəzi hissələrində asfalt yenilənib. Trasda başqa dəyişiklik yoxdur.

Azərbaycan trasında ötmə rejimi üçün bir zona var. Bu zonanın deteksiya (ölçmə) nöqtəsi 16-cı döngədən 90 metr sonra yerləşir. Ölçmə nöqtəsində rəqibin maşınından bir saniyə ərzində geri qalan sürücü ötmə rejimini aktivləşdirə biləcək və əlavə elektrik enerjisi əldə edəcək. Ötmə rejiminin aktivasiya nöqtəsi 17-ci döngədən 20 metr əvvəldə yerləşir.
SM zonaları iki alt bölməyə ayrılıb – aktiv aerodinamikanın təkərlərin trasla normal ilişməsi şəraitində istifadə olunduğu zonalar (arxa və ön antiqanadın açılması mümkündür) və ilişmənin azaldığı şəraitdə istifadə olunduğu zonalar (yaş trasda yalnız ön antiqanadın açılması mümkündür).
Normal ilişmə şəraitində aktiv aerodinamikadan 19-cu döngədən 45 metr sonra və 2-ci döngədən 110 metr sonra başlayan hissələrdə istifadə etmək olar.
Azalmış ilişmə şəraitində aktiv aerodinamikadan 20-ci döngədən 45 metr sonra və 2-ci döngədən 160 metr sonra başlayan hissələrdə istifadə etmək olar.





