GPBlog-un yaydığı məlumata görə, yeddiqat dünya çempionunun maşınındakı güc qurğusunu Bakıda yox, növbəti mərhələlərin birində dəyişdirilə bilər. Hazırda Ferrari-də bunun hansı trasda ediləcəyinə qərar verirlər, amma ən real variantlar Ostin, Mexiko və ya İnterlaqos kimi görünür.
Ferrari-də hər iki sürücünün maşınında güc qurğusunu ona görə dəyişirlər ki, həm Lekler, həm də Həmilton mövsümün sonuna qədər ADUO2-nin yenilənmiş versiyalarından növbə ilə istifadə edə bilsin. Bununla yanaşı, komanda üçün əsas prioritet iki cəzanı fərqli uik-endlərə bölmək və Mühəndislər Kubokuda xalları qorumaqdır.





