Toto Volff: “Son iki yarış həftəsonu yaxşı nəticə gətirib, amma vəziyyətlə bağlı qiymətləndirməmizi dəyişməyib. Hər yarışda liderlik uğrunda mübarizə aparmağa qadir bir neçə komanda var, biz Madriddə uğur qazanmışıq, amma bu, həm də yarış zamanı şəraitin xeyrimizə formalaşdığına görə olub. Baş verənlərin mənzərəsini realist şəkildə dəyərləndiririk.
Qarşıda mövsümü tamamlayacaq üç ardıcıl yarışdan ibarət üç seriyanın birincisi var. Bizi həm bazadakı əməkdaşlar, həm də trasdakı yarış komandası üçün çətin dövr gözləyir. Yarışlar arasında nəfəs dərməyə çox az vaxt qalır, buna görə də yaxşı hazırlıq, yüksək etibarlılıq və detallara diqqət daha da vacib olub. Məhz belə anlarda çempionatda mövqelərimizi möhkəmləndirə və ya itirə bilərik.
Bu seriya Bakıdakı mərhələ ilə başlayır. Bu, təqvimdəki ən qeyri-adi traslardan biridir, bolidə və sürücülərə yüksək tələblər qoyur. Burada düzlükdə yaxşı sürət, əylənmə zonalarında inam və köhnə şəhərdəki yavaş döngələr effektiv keçməyə qadir maşın lazımdır.
Son nəticələr ümidverici olub, amma heç nəyə zəmanət vermir. Bakıda maşının zəif tərəfləri çox yaxşı görünür. İşə köklənməli, bütün əsas tapşırıqları keyfiyyətlə yerinə yetirməli və mümkün olan bütün xalları qazanmalıyıq”.





