T.Volff: Əsas rəqibimiz Red Bull-dur

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, hazırda əsas rəqibləri Red Bull-dur.

F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərinin ilk günündə birinci və ikinci olublar. Lakin Red Bull komandası da güclü görünüb. Belə ki, Maks Ferstappen ilk gündə 168 dövrə vurub və tempi yaxşı olub.

Toto Volff: “Hazırkı reqlament uzun illərdir ki, işləyir. İlk gündə etibarlılıq yüksək səviyyədə idi. Mercedes olaraq zəif yönlərimizə fikir verdik. Səhər sessiyasından sonra Valttrrinin fikirləri müsbət yöndə idi. Bolid daha stabildir və təəssürat yaxşıdır. Qəribə səslənə bilər amma ardıcıl yeddinci çempionluq bizi həyəcanlandırmır. Təkmilləşmək daha vacibdir. Çünki 2021-ci ildə reqlament dəyişir. Büdcə limiti və tamamlilə yeni reqlament… Həm bunlara hazırlanmalı, həm də yaxşı performans göstərməliyik.

Hazırda bizimçün ən böyük rəqib Red Bull-dur. Maks Ferstappen Formula1 tarixinin ən gənc çempionu ola bilər və Red Bull bunun reallaşması üçün hər şey edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*