Toto Volf: “Barselonada keçirilən mərhələ cari rəqabət səviyyəmizi qiymətləndirmək üçün göstərici oldu. İlk altı yarışdakı qələbələrdən sonra ötən mərhələ müəyyən mənada reallıqla üzləşməli olduq. Rəqiblər aradakı fərqi sürətlə azaltdılar və biz buna reaksiya verməliyik. Hər iki hesabda mübarizə aparırıq, amma mövsümü zirvədə başa vurmaq istəyiriksə, gücümüzə üstünlük qatmalıyıq.
Etibarlılıq hələ də bizim zəif tərəfimizdir. Son yarışlarda hər iki maşın çox xal itirdi. Əgər yenidən yarış həftəsonlarını təmiz keçirməyə başlamasaq, rəqiblər bundan mütləq faydalanacaq.
Komanda geri qalmır və Avstriyaya həm sürəti, həm də etibarlılığı artırmağa yönəlmiş bir neçə yenilik gətirəcəyik. Fərqlər onsuz da minimaldır, Şpilberqdə isə dövrənin uzunluğu nəzərə alınaraq onlar daha da azalacaq. Son bir neçə mərhələdən daha güclü həftəsonu keçirməliyik. Əgər bütün imkanlarımızı maksimuma çatdıra bilsək, qələbə uğrunda mübarizə apara bilərik”.





