Marşall: Bakıda dörd komandadan hər biri qalib gələ bilər

McLaren-in texniki direktoru və baş konstruktoru Rob Marşall Bakı şəhər trasının xüsusiyyətlərindən danışıb və Azərbaycan Qran Prisi ərəfəsində qüvvələr nisbətini dəyərləndirib.

Rob Marshall: “Bakıda qeyri-adi tras var – burada Formula1-də ən uzun düzlük-lərdən biri ən ləng döngəlardan bəziləri ilə yanaşı yerləşir, buna görə də sazlamaları seçərkən düzgün kompromis tapmaq çox vacibdir.

Straight Mode rejimi komandalara düzlükdə aşağı müqavimətli sazlamalardan istifadə etmək üçün daha çox imkan verir, eyni zamanda döngəlarda lazım olan asfaltayatma qüvvəsini qoruyub saxlamağa şərait yaradır. Amma əsas vəzifə dəyişməyib – texniki həlləri və sazlamaları düzgün seçmək, sonra isə onları trasda mümkün qədər dəqiq reallaşdırmaq.

Biz hər mərhələdə bu maşınlar barədə hələ də yeni nəsə öyrənirik. Bu mövsümdə bəzi yarışlarda gözlədiyimizdən daha yaxşı çıxış etmişik, bəzilərində isə daha zəif. Bakıda MCL40-ı daha bir sınaq gözləyir və burada maşına tam fərqli tələblər qoyulur. Xüsusilə enerjidən düzgün istifadə etmək və onu toplamaq, eləcə də təkərlərin və əyləclərin vəziyyətinə nəzarət etmək vacibdir, çünki belə uzun düzlükdən sonra birinci döngəyə qədər onlar nisbətən soyuq qalır.

Dar şəhər trasında səhv etmək üçün, demək olar ki, heç bir yer yoxdur. Hətta kiçik bir səhv ciddi zədələnmələrə, trasda vaxt itirilməsinə və maşının daha da təkmilləşdirilməsi əvəzinə komanda üçün əlavə işə səbəb ola bilər. Buna görə də bütün həftəsonu ərzində çox dəqiq, inamlı və artıq səhvlərsiz hərəkət etməliyik.

Növbəti mövsümdə də reqlament, demək olar ki, dəyişməz qalacağına və hazırda ön qrupda mübarizə çox sıx getdiyinə görə, maşını təkmilləşdirmək üçün hələ də böyük motivasiyamız var. Bununla yanaşı, paralel olaraq gələn ilin maşını üzərində də işləmək lazımdır. Ancaq hazırda bizim üçün daha vacib olan sürətdə artım əldə etmək, 2026-cı ildə yeni qələbələr uğrunda mübarizə aparmaq və mövsüm ərzində toplanmış bütün təcrübədən istifadə etməkdir.

Bakıda aparıcı dörd komandadan hər hansı biri qalib gələ bilər, orta qrupdakı rəqiblər də fərqi tədricən azaldır. Ümid edirəm ki, biz də ön sıralar uğrunda mübarizədə iştirak edəcəyik”.