M.Ferstappen Kanadada da dubl istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Kanadada qazanacaqları növbəti qələbə dublu onlar üçün gözəl olacaq.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Emiliya Romanya, Barselona və Azərbaycan yarışlarında yarışı ilk iki yerdə bitiriblər.

Maks Ferstappen: “Uzun müddətdir ki, Montreala getmirik və bu gözəl trasa geri qayıtdığımız üçün xoşbəxtəm. Görək tras və asfalt nə vəziyyətdədir. Ümid edirəm ki, maşınımız həftəsonu ərzində yaxşı işləyər.

Bakıdakl qələbə dublundan sonra orada da yaxşı nəticə qazanmaq əla olardı. Əlbəttə, komandalar və sürücülər çempionatında öndə olmaq gözəldir, ancaq növbədə 14 yarış var. Komanda olaraq hər yarışdan maksimum xallar almalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*