L.Norris: Vahid dövrədə güclənmişik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, MCL36-nın vahid dövrə performansı yaxşılaşıb.

F-1.az xatırladır ki, McLaren cümə günü əyləc soyuması ilə bağlı problem yaşayıb və çox az dövrə vurub. Buna görə də vahid dövrə üzərində işləyib.

Lando Norris: “Pis gün deyildi. Hələ də bəzi problemlər yaşayırıq. Bolidin yarış tempində necə işlədiyini bilmirik, amma sıralanma tempində inkişaf etmişik. Aero üzərində də çoxlu işlədik. Külək çox dəyişirdi və qumu trasa vururdu. Çətinliklərə baxmayaraq proqramımızı tamamladıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*