17 Sentyabr 2019, Çərşənbə axşamı - 15:08

İspaniya Qran Prisi: Pirelli – Hard və Soft

İspaniya Qran Prisi: Pirelli – Hard və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:33 - 09 May, 2012

Mövsümün ilk dörd yarışında Pirelli şirkəti “ardıcıl” təkər tərkiblərindən istifadə edirdi və hər dəfə də komandalar Medium tərkibini alırdılar. Amma […]

Mövsümün ilk dörd yarışında Pirelli şirkəti “ardıcıl” təkər tərkiblərindən istifadə edirdi və hər dəfə də komandalar Medium tərkibini alırdılar. Amma Barselonada hər iki ənənə pozulacaq: keçən il olduğu kimi sürücü və mühəndislər Hard və Soft tərkibləri ilə işləyəcəklər. Pirelli Motosport-un başçısı Pol Hembrinin sözlərinə görə, məhz bu cütlük az ötmələrlə məşhur olan yarışı daha baxımlı edəcək…

Pol Hembri, Pirelli Motosport: “İspaniya Qran Prisi mövsümöncəsi testlər kimi olmayacaq – fevralın sonu və martın əvvəli Barselonada çox soyuq idi, təkərləri işçi temperatura qədər qızdrımaq çox çətin idi. İndi isə hava isti olmalıdır, bu isə komandalara təkərlərlə işdə müəyyən çətinliklər əlavə edəcək.

Biz seçimimizi Soft və Hard tərkiblərinin üzərində saxladıq ki, komandaların işi bir qədər çətinləşsin. Mövsümdə ilk dəfə biz qonşu tərkiblərdən istifadə etmirik, ona görə də komandaların taktiki sxemləri çox olacaq. Şübhə yoxdur ki, belə vəziyyət yekun nəticədə özünü göstərəcək.

Keçən həftə Mucello testlərdinə komandalar təkərlərlə çox işlədilər, paralel olaraq bir çox yenilikləri test etdilər. Ona görə də biz qarşıdakı Qran Pridə sıx mübarizə gözləyirik – istisna etmirəm ki, beş yarışda beşinci qalibi görə bilərik.”


İspaniya Qran Prisi: Pirelli – Hard və Soft

İspaniya Qran Prisi: Pirelli – Hard və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:53 - 19 May, 2011

Pirelli təsdiq edib ki, Barselonada yarış uik-endinin gedişində yeni tərkibli bərk təkərlərdən istifdaə olunacaq – komandalar keçmiş yarışların cümə sərbəst […]

Pirelli təsdiq edib ki, Barselonada yarış uik-endinin gedişində yeni tərkibli bərk təkərlərdən istifdaə olunacaq – komandalar keçmiş yarışların cümə sərbəst yürüşlərində bu tərkibləri artıq yoxlayıblar. Mövsümöncəsi testlərdə bərk təkərlər tez yeyilirdi və Pirelli tərkibi dəyişməyi qərara almışdı – formal olaraq təkər əvvəlki kimi Hard adlanacaq, amma sürəti bir az da aşağı düşəcək və resursu artacaq.

Barselonada pit-stop rekordu 1995-ci ildə qeydə alınıb, həmin yarışda sürücülər 59 dəfə boksa girmişdilər, çox güman ki, qarşıdakı yarışda bu rekord yenilənəcək – Pirelli hər sürücüdən minimum 3 pit-stop gözləyir…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Mövsümün əvvəlində biz demişdik ki, tərkiblərə düzəliş edə bilərik, Barselonada artıq bunun şahidi olacayıq. Yeni Hard tərkibini biz hərtərəfli yoxlamışıq, əvvəlkinə nisbətən az yeyilir, amma indi bərk və yumşaq təkər tərkiblərinin sürət fərqi də artacaq, bu isə komandalara strateji dəyişiklər etməyə imkan verəcək.

Testlərdə topladığımız məlumatları nəzərə alsaq, biz hər bir maşının 3 dəfə boksa girməsini gözləyirik, amma Barselonada pit-leynə giriş İstanbuldan çox vaxt aparır, stratgeiyanın tərtibi zamanı bu fakt da nəzərə alınmalıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər
Paylaş

logo