S.Fettel: “İtaliya himnini eşitmək xoşdur”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komandası bu uğurlara layiqdir.

F-1.az xatırladır ki, Ferrari komandası keçən il qələbə üzünə həsrət qalsa da, bu il 6 yarışın yarısında qalib gələrək, hər iki cəbhədə də liderliyi ələ alıb.

Sebastyan Fettel: “Bu uzun yoldur və mən narahat deyiləm. Podiumdan komandanı görmək gözəl hissdir. Təbii ki, onlar Maranelloda işləyənlərin bir hissəsidir.

Keçən il bizim üçün çətin keçdi və bu il hər şey tərsinə dönüb. Lakin komanda da, işçilər də eynidir. Bunu demək lazımdır. Belə anlarda bu insanların necə də xüsusi olduğunu görürsünüz. İşlər qaydasında olanda əl-ələ tutub işləməli və tempin növbəti yarışda qorunduğundan əmin olmalısınız. Ancaq hazırda hər şey mükəmməldir.

Monakoda ilk iki yeri istədik və qazandıq. Bu, komanda üçün çox vacib idi. Uzun illər idi ki, Monakoda qazana bilmirdik və uzun zamandan sonra dubl etmək mükəmməl oldu. İnsanları İtaliya himnini oxuyarkən gördünüz. Bundan təsirlənməmək mümkünsüzdür. Bu hallar yarışları daha gözəl edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*