Ş.Lekler qələbə istəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler poulu qələbəyə çevirmək istəyir.

F-1.az xatırladır ki, monakolu sürücü Mayamidə bu mövsüm üçüncü poulunu əldə edib.

Şarl Lekler: “Formula1 getdikcə Amerikada populyarlaşır. Burada tribunalar tamamilə doludur və Ferrari fanatları üstünlük təşkil edir. Bu da bizə əlavə motivasiya verir.

Əvvəlki yarışda yaxşı performans göstərə bilməmişdim. Yarışda səhv elədim, amma bu gün hər şey qaydasında idi. Burada Red Bull düzlüklərdə çox sürətlidir və biz döngəlrədə güclüyük. Buna görə də bizi çətin mübbarizə gözləyir. Ümid edirəm ki, qalib gələrik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*