M.Ferstappen: Əyləncəli yarış olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarış templər yaxşıdır.

F-1.az xatırladır ki, niderlandlı sürücü Mercedes-lərin güclü olduğu Meksikada poul alıb.

Maks Ferstappen: “Sıralanma turu yaxşı keçdi. Yaxın mübarizə gedirdi, amma son sərbəst yürüşlərdən sonra sazlanmalarda bəzi dəyişikliklər etdik və boliddə yaxşı ritm tutduq. Burada poul qazanmaq inanılmazdır. Yenə də birinci döngəyə qədər uzun məsafə var. Buna görə də yaxşı start almalıyıq. Bolidimiz sürətlidir və bu çox vacibdir.

Bu gün burada ba-hava əla idi. Azarkeşlərin dəstəyi və stadion hissəsi inanılmazdır. Burada bolid sürmək həzz verir. Əminəm ki, Çeko sabah podiumda olacaq. Bolidimiz yarışda sürətlidir. Çox həyəcanlı və əyləncəli yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*