D.Kulthard: Ferstappen canavardır

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Ferstappen əsl qələbə maşınıdır.

F-1.az xatırladır ki, niderlandlı sürücü 2022-ci ildə 15 yarış qazanıb. Ümumilikdə isə 35 qələbəsi, 77 podiumu var.

Devid Kulthard: “Ferstappen dövrü iki tituldan sonra bitə bilər, amma bu onun güclü sürücü olduğu reallığını dəyişmir. Növbəti illərdə zəif bolidi ola bilər. Bundan heç kim siğortalanmayıb.

Lyuis yeddi dəfə çempion oldu, amma bu say 9 ola bilərdi. Bundan başqa Alonsodan fərqli olaraq həmişə güclü maşınlarla yarışıb. Fernandonun ikidən çox titulu olmalı idi, amma seçimləri düzgün olmadı və gələn il Aston Martin-də yarışacaq. Çox istedadlı olsa da, çempionluq şansı çox zəifdir.

Lakin Lyuisin ən yaxşı sürücü olduğunu demək üçün 8-ci titula ehtiyac yoxdur. Eynilə Maksın da. Maks çoxdannan ən yaxşı sürücülərdən biri olub. Sadəcə axmaqlar deyə bilər ki, o güclü maşın hesabına udub. Fikri verin, heç bir komanda yoldaşı onunla mübarizə apara bilmədi. Maks əsl canavardır, qələbə maşınıdır. İnsanların sözlərini vecinə almır. İnanılmaz yarışçıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*