Barselona testləri (18-21 fevral)

21 fevral Quru. Günəşli. Havanın temperaturu +8°-17° C, trasın temparaturu +9°-20° C Bu gün Felipe Massa Barselona testlərində protokollara başçılıq […]
21 fevral

Quru. Günəşli. Havanın temperaturu +8°-17° C, trasın temparaturu +9°-20° C

Bu gün Felipe Massa Barselona testlərində protokollara başçılıq edib – braziliyalı sürücü dördgünlük testlərin ən yaxşı nəticəsinə imza atıb və Red Bull sürücüsü Mark Uebberi 0.8 saniyə qabaqlayıb. Felipe həm də günün ən böyük məsafəsini qət edib – 121 dövrə. İlk üçlüyü isə Sebastyen Buemi tamamlayıb – yeni STR6 böyük qardaşı RB7-dən geri qalmır.

bar-21.02-ueb2
Felipe və Mark öz nəticələrini ikidövrəlik seriyada, Sebastyen isə üçdövrəlik seriyada göstərib. Nik Haydfeldin R31-də səhər KERS problemləri yaransa da, alman sürücü 95 dövrə vura bilib və günü dördüncü yerdə başa vurub. Nik Lyuis Həmiltonu qabaqlayıb, britaniyalı sürücü 107 dövrə vurub. Debütant Pastor Maldonado altıncı olub.

bar-21.02-bue3
Team Lotus komandasının sürücüsü Yarno Trulli səhər qəzaya uğrayıb və komanda testləri vaxtından əvvəl tamamlamalı olub. Sessiyanın sonuna yarım saat qalmış Mixael Şumaherin maşınında texniki problemlər yaranıb – alman sürücü 114 dövrə vursa da, protokollarda yalnız Trullini qabaqlayıb.

Bununla, mövsümöncəsi testlərin üçüncü seriyası başa çatıb…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Ferrari Ferrari 1:22.625 121
02 M.Uebber Red Bull Renault 1:23.442 + 0:00.817 69
03 S.Buemi Toro Rosso Ferrari 1:23.550 + 0:00.925 90
04 N.Haydfeld Lotus Renault GP Renault 1:23.657 + 0:01.032 95
05 L.Həmilton McLaren Mercedes 1:24.003 + 0:01.378 107
06 P.Maldonado Williams Cosworth 1:24.057 + 0:01.432 121
07 A.Sutil Force İndia Mercedes 1:24.177 + 0:01.552 64
08 S.Peres Sauber Ferrari 1:24.515 + 0:01.890 74
09 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:26.501 + 0:03.876 50
10 M.Şumaher Mercedes GP Mercedes 1:27.079 + 0:04.454 114
11 Y.Trulli Team Lotus Renault 1:29.992 + 0:07.367 18

20 fevral

bar-20.02-ros1

Səhər yağış, nahardan sonra quru tras. Buludlu. Havanın temperaturu +8°-15° C, trasın temparaturu +8°-17° C

Barselona testlərindən əvvəl hava proqnozu yalnız sonuncu gün yağış vəd edirdi, amma artıq dünən sürücülər yağışdan sonrakı nəm trasda, bu gün isə səhər yağış altında işləməli olublar. Komandalar Pirelli-nin yağış və keçid təkərlərini yoxlayıblar. Nahardan sonra trayektoriya tam quruyub və sürücülər sliklərə keçiblər.

Nahara qədər sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Əvvəlcə Pastor Maldonado beşinci döngədə çınqıllığa düşüb, sonra isə digər debütant Serxia Peres dördnücü döngədə trasdan çıxıb. Felipe Massa isə F150th İtalia-nın sükanı arxasında iki dəfə trası tərk edib – dördüncü və yeddinci döngələrdə.

bar-20.02-pet2
Səhər STR6-nın sükanı arxasında Daniel Rikkardo işləyib, avstraliyalı sürücü yağış altında uzun müddət liderlik edib, nahardan sonra isə onu Sebastyen Buemi əvəz edib. Nahardan sonra Narain Kartikeyan da öz yerini Corcio Mondiniyə verib – komanda ikinci sürücü yerinə əsas namizədləri işdə yoxlayır.

bar-20.02-ham3
Komandalar müxtəlif proqramlar üzrə işləyiblər, bəziləri yarışı imitasiya ediblər. Tras quruduqca və qızdıqca sürətlər də artıb, axşama yaxın qısa dövrələr seriyasında Vitaliy Petrov, Lyuis Həmilton və Niko Rosberq növbə ilə protokollara başçılıq ediblər və Niko sonda üç günü ən yaxşı nəticəsinə imza atıb.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes GP Mercedes 1:23.168 abs 92
02 V.Petrov Lotus Renault GP Renault 1:23.463 + 0:00.295 93
03 L.Həmilton McLaren Mercedes 1:23.858 + 0:00.690 93
04 P.Maldonado Williams Cosworth 1:24.815 + 0:01.647 60
05 M.Uebber Red Bull Renault 1:24.995 + 0:01.827 139
06 Y.Trulli Team Lotus Renault 1:25.454 + 0:02.286 48
07 S.Peres Sauber Ferrari 1:25.557 + 0:02.389 11
08 A.Sutil Force İndia Mercedes 1:25.720 + 0:02.552 102
09 S.Buemi Toro Rosso Ferrari 1:26.155 + 0:02.987 31
10 F.Massa Ferrari Ferrari 1:26.508 + 0:03.340 123
11 T.Qlok Marussia Virgin Cosworth 1:26.598 + 0:03.430 97
12 C.Mondini Hispania Cosworth 1:28.178 + 0:05.010 39
13 D.Rikkardo Toro Rosso Ferrari 1:28.329 + 0:05.161 42
14 N.Kartikeyan Hispania Cosworth 1:30.722 + 0:07.554 32

19 fevral

bar-19.02-fet1

Quru. Buludlu. Havanın temperaturu +10°-17° C, trasın temparaturu +11°-20° C

Barselona testlərinin ikinci günü quru trasda keçib. Səhər hava soyuq idi, sonra hava qızıb, amma günün üzü buludlardan əskik olmayıb. Dünən olduğu kimi boksların önündə tribunalar dolu olub.

Testlərin başlanmasından yarım saat sonra qırmızı bayraqlar dalğalanıb – dördüncü döngədə Fernando Alonsonun Ferrarisi elektrik problemləri üzündən dayanıb. İki saatdan sonra isə marşallar yenə də qırmızı bayraqları yelləyiblər – ikinci döngədə dağılmış porebrikin fraqmentlərini yığışdırmaq lazım gəlib.

bar-19.02-alg2
Censon Batton nahara qədər bir neçə dövrə vurub – yeni McLaren-də hidravlik problemlər yaranıb, britaniyalı sürücü yalnız səhərki sessiyanın sonunda trasa qayıda bilib.

Vitantonio Liutsi Hispania komandasının keçənilki maşınının sükanı arxasında debüt edib – yeni maşın gələn həftə hazır olmalıdır, komanda isə təcrübəli italiyalı sürücü ilə müqavilə bağlamaq fikrindədir.

Lotus Renault GP komandası yenə də hər iki sürücüsü ilə işləyib – Vitaliy Petrov dünən KERS problemləri üzündən nəzərdə tutulan proqramı tam yerinə yetirə bilməmişdi, ona görə nahardan əvvəl trasa çıxıb, Nik Haydfeld isə nahardan sonra işləyib. Digər Lotus titullu Team Lotus komandası da bu gün iki sürücü ilə işləyib – nahardan sonra bir saat T128-lə Rikardo Teşeyra işləyib, komanda sürücü ilə test və ehtiyat sürücüsü müqaviləsi bağlamaq fikrindədir, qalan vaxt ərzində trasda Heykki Kovalaynen çalışıb.

bar-19.02-alo3
Sebastyan Fettel səhər qısa dövrələr seriyasında işləyib və protokollara başçılıq edib – Red Bull sıralanma turunu imitasiya edib, nahardan sonra isə yarış imitasiya olunub.

Xayme Algersuari yeni STR6 maşınının sürətli olduğunu sübut edərək günü ikinci yerdə başa vurub, Alonso isə bu gün üçüncü yerlə kifayətlənib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:23.315 104
02 X.Algersuari Toro Rosso Ferrari 1:23.519 + 0:00.204 97
03 F.Alonso Ferrari Ferrari 1:23.978 + 0:00.663 90
04 R.Barrikello Williams Cosworth 1:24.008 + 0:00.693 118
05 N.Haydfeld Lotus Renault GP Renault 1:24.242 + 0:00.927 41
06 K.Kobayaşi Sauber Ferrari 1:24.243 + 0:00.928 125
07 N.Rosberq Mercedes GP Mercedes 1:24.730 + 0:01.415 131
08 C.Batton McLaren Mercedes 1:24.923 + 0:01.608 54
09 P.di Resta Force İndia Mercedes 1:25.194 + 0:01.879 80
10 H.Kovalaynen Team Lotus Renault 1:26.421 + 0:03.106 58
11 V.Petrov Lotus Renault GP Renault 1:26.884 + 0:03.569 61
12 V.Liutsi Hispania Cosworth 1:27.044 + 0:03.729 70
13 T.Qlok Marussia Virgin Cosworth 1:27.242 + 0:03.927 66
14 R.Teşeyra Team Lotus Renault 1:31.584 + 0:08.269 26

18 fevral

bar-18.02-fet1

Səhər nəm, sonra isə quru tras. Günəşli. Havanın temperaturu +10°-18° C, trasın temparaturu +11°-24° C

Dünən Barselonada bütün günü yağış yağıb, ona görə də bu gün səhər tezdən komandalar testlərə nəm trasda başlayıblar.

Soyuq hava tribunlara minlərlə azarkeşin toplanmasına mane olmayıb, onlar öz kumirlərini – ikiqat dünya çempionu Fernando Alonsonu dəstəkləməyə gəliblər, Ferrari komandasının boksunun qarşısındakı tribunalar tam dolu olub.

Nəm asfalt komandalara Pirelli-nin yağış və keçid təkərlərini də yoxlamağa imkan verib. Rütubət yüksək olduğundan tras gec quruyub, üç saatdan sonra sürücülər sliklərə keçə biliblər. Nahar fasiləsindən əvvəl testlər qırmızı bayraqlarla dayandırılıb – Rubens Barrikellonun maşınında motor yeddinci döngədə imtina edib. Nahardan yarım saat sonra Kamui Kobayaşinin beşinci döngədə dayanması ilə qırmızı bayraqlar dalğalanıb – Sauber-in bakında yanacaq qurtarıb, komanda ənənəvi yoxlamanı aparıb. İyirmi dəqiqədən sonra isə marşallar yenə də sessiyanı dayandırıblar – Xayme Algersuari çınqıllığa düşüb.

bar-18.02-alo2
Sessiyanın sonuna on dəqiqə qalmış Sebastyan Fettel protokollara başçılıq edib – bu gün RB7 bir neçə problemlə üzləşib, amma mexaniklər hər dəfə maşını trasa qaytara biliblər. Fernando Alonso ikinci olub. İspaniyalı sürücü səhər aerodinamik yenilikləri yoxlayıb, sonra isə Pirelli təkərlərinin effektliyini qiymətləndirməyə başlayıb. Xayme ilk üçlüyü tamamlayıb.

bar-18.02-alg3
Lotus Renault GP komandası hər iki sürücüsü ilə çıxış edib, səhər Nik Haydfeld pit-stop və digər texniki prosedurları məşq edib, amma sonra KERS-lə problemlər peyda olub və Vitaliy Petrov sessiyanın sonuna yarım saat qalmış trasa çıxa bilib.

Hispania komandasının sürücüsü Narain Kartikeyan keçənilki şassi ilə işləyib, sabah isə onu Vitantonio Liutsi əvəz edəcək – italiyalı sürücü komanda ilə müqavilə bağlamağa hazırlaşır. Komandanın yeni maşını isə gələn ay hazır olmalıdır..

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:24.374 37
02 F.Alonso Ferrari Ferrari 1:25.485 + 0:01.111 101
03 X.Algersuari Toro Rosso Ferrari 1:25.638 + 0:01.264 57
04 K.Kobayaşi Sauber Ferrari 1:25.641 + 0:01.267 78
05 C.Batton McLaren Mercedes 1:26.365 + 0:01.991 77
06 P.di Resta Force İndia Mercedes 1:26.575 + 0:02.201 26
07 R.Barrikello Williams Cosworth 1:26.912 + 0:02.538 52
08 M.Şumaher Mercedes GP Mercedes 1:27.512 + 0:03.138 90
09 N.Kartikeyan Hispania Cosworth 1:28.393 + 0:04.019 116
10 H.Kovalaynen Team Lotus Renault 1:30.065 + 0:05.691 54
11 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:30.950 + 0:06.576 116
12 V.Petrov Lotus Renault GP Renault 1:35.174 + 0:10.800 20
13 N.Haydfeld Lotus Renault GP Renault 1:44.324 + 0:19.950 27

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*