L.di Montedzemolo: “Lekler Laudaya bənzəyir”

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo gənc Şarl Lekleri əfsanəvi Niki Laudaya bənzədib.

F-1.az xatırladır ki, Lekler keçən il Sauber komandası ilə Formula1-də debüt etmiş və bazar günü Ferrari ilə Belçkada karyerasının ilk qələbəsini qazanmışdı. Bu il mükəmməl performans göstərən monakolu sürücü hazırda 5-ci yerdədir.

Luka di Montedzemolo: “Şarl keçən il zəif maşınla yarışsa da, səhv etməyərək əla performas göstərdi. Ferrari-də vəziyyət fərqli olsa da, sürətlidir. Əvvəlcə Niki Lauda kimi səhvlərindən dərs çıxardı və onları təkrarlamamaq üçün üzərində işlədi.Çox ağıllı və sürətli sürücüdür. Yarışda da, vahid dövrədə də mükəmməldir. Yeni nəsil sürücülərin ən güclüsüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*