Ferrari kommersiya hüququnun satılması barədə şayiələri şərh etməyib

Bu günlərdə News Corporation şirkəti və İtaliyanın Exor sərmayə şirkəti Formula1-in kommersiya hüquqlarının CVC Capital Partners fondundan alınmasında maraqlı olduqlarını […]

Bu günlərdə News Corporation şirkəti və İtaliyanın Exor sərmayə şirkəti Formula1-in kommersiya hüquqlarının CVC Capital Partners fondundan alınmasında maraqlı olduqlarını rəsmən təsdiq etdilər, ən maraqlısı odur ki, Exor-a FİAT-ın prezidenti Con Elkann başçılıq edir.

Dərhal şayiələr yayılıb ki, idman səhmlərinin bir hissəsi FİAT-ın çempionatdakı təmsilçisi Ferrari komandasını əlinə keçə bilər, bu isə idman prinsiplərinə uyğun gəlmir. Skuderiyanın mətbuat xidməti bu münasibətlə kiçik reliz yayıb…

Rəsmi bəyanatda deyilir: “Biz bu şayiələri şərh etməyəcəyik, çünki biz bu danışıqlara cəlb olunmamışıq. Biz yalnız əvvəllər də dediyimizi təkrar edə bilərik ki, Ferrari üçün Formula1-in uzunmüddətli stabilliyi və inkişafı hər şeydən üstündür.”

Bir çox ekspertlər hesab edirlər ki, kommersiya hüququnun satılması barədə yayılan şayiələr 2013-cü il üçün yeni Razılıq Müqaviləsinin bağlanmasına və yeni motor reqlamentinin təsdiq olunmasına bilavasitə təsir göstərəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*