L.Həmilton: “Titula heç kim zəmanət vermir”

Bu gün səhər jurnalistlər hazırkı dünya çempionu Lyuis Həmiltonu dövrəyə alıblar və sual yağışına tutublar, suallardan biri sürücünün builki titula […]

Bu gün səhər jurnalistlər hazırkı dünya çempionu Lyuis Həmiltonu dövrəyə alıblar və sual yağışına tutublar, suallardan biri sürücünün builki titula şansları barədə olub. Mövsümün dörd yarışından sonra Lyuisin hesabında 9 xal var və o lider Battona 22 xal uduzur, bu gün yarışda Həmilton 14-cü yerdən start alacaq. Həmilton suala cavabında bildirib ki, o titula riyazi şansların qaldığı günə qədər mübarizə aparacaq…

Lyuis Həmilton: “İndi titul heç kim zəmanət verə bilməz – keçən il titulun taleyi sonuncu yarışda həll olundu, vəziyyət dəyişə bilər, bəlkə bu il də titulun sahibinin adını payızda öyrəndik. Mənim şanslarım? Baxmaq lazımdır, görək nə qədər xal qazana biləcəyik, amma mən sona qədər mübarizə aparacam, faktiki olaraq şansım qurtarana qədər.

Biz bilirdik ki, Barselonada problemlər yaşayacayıq. Bəhreyn trasının xarakteristikaları bizim maşına uyğun gəlirdi, amma İspaniyaya biz yenilik gətirməmişik və sıralanma turundakı yerimiz bizi təəccübləndirmədi. İş gedir, inkişaf var, amma hələlik kifayət qədər deyil. İşimizi davam etdirməliyik, mən inanıram ki, biz geriqalmanı ləğv edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*