M.Binotto: Rəqiblərimizdən çox geridəyik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, hələlik Ferrari röqiblərindən geridədir.

F-1.az xatırladır ki, “qırmızılar” birinci qış testlərində 78 saniyənin altına düşə bilməyiblər və sonuncu gündə mühərrik problemi yaşayıblar.

Mattia Binotto: “Rəqiblərimizdən sürətli deyilik. Hazırda keçənilki kimi müsbət yöndə düşünə bilmirəm. Qayğılıyıq. Lakin problemləri həll etmək üçün vaxtımız var. Lazımi məlumatları toplamışıq. Bu məlumatların hesabına maşını doğru yöndə təkmilləşdircəyik. Önümüzdə 22 yarış var. Buna görə də təkmilləşmikçün vaxtımız olacaq. Lakin hamının əsl performansını görmək üçün ikinci testləri və Avstraliya yarışını gözləməliyik.

Hazırda Mercedes və Red Bull daha sürətlidir. Ancaq hər şey növbəti həftədə məlum olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*