Alpine və Aston Martin pul cəzası alıblar

Aston Martin və Alpine komandaları İtaliyada sıralanma turunda sürücülərini trasa təhlükəli buraxdıqları üçün 5 min avro pul cəzası alıblar.

F-1.az xatırladır ki, Montsada hava kisəsi çox vacib olduğu üçün bütün sürücülər bir-birlərinə yaxın olmağa çalışırlar. Buna görə də sıralanma turunun ikinci sessiyasında aləm bir-birinə dəyib. Komandalar öndəki bolidə yaxınlaşmaq üçün əllərindən gələni edirdilər və maşınları tələskənliklə boksdan çıxarıb trasa buraxırdılar.

Sebastyan Fettel komanda yoldaşı Ləns Strolla eyni anda trasa çıxırdılar və az qala Lyuis Həmiltona çırpılırdılar.

Alpine komandasında isə Okon trasa çıxarkən, mexanik çox geriyə çəkildi və az qala digər sürücülər onu əzirdilər. Bu da təhlükəli hərəkət idi. İnsidenti araşdıran stüardlar hər iki komandaya da 5 min avro pul cəzası veriblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*