N.Hülkenberq: Maksimumu ala bilmədim

Racing Point komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, sıralanma turunda boliddən maksimumu ala bilməyib.

F-1.az xatırladır ki, Britaniya Qran Prisində koronavirusa yoluxmuş Serxio Peresi əvəz edən Niko Hülkenberq sıralanma turunda 13-cü olub. Almaniyalı sürücü 2019-cu ilin Əbu Dabi yarışından sonra ilk dəfə Formula1 bolidinin sükanı arxasına keçib və tanımadığı maşını sürməli olub.

Niko Hülkenberq: “Boliddə daha çox potensial var, amma maksimumu ala bilmədim. Ancaq mənimçün çox çətin idi. Fərqlər az idi və son sessiyaya yaxın idik. Fərqli təkərlər sınadıq. Heyif ki, alınmadı.

Təkər seçimində sərbəst olacam və bu, yaxşıdır. Bəziləri Soft, bəziləri Medium təkərlə başlayacaq. Görək necə olacaq. Bolid mənimçün çox yenidir. İlk dəfə bu bolidi yüngül çənlə sürdüm. Buna öyrəşməliyəm və bu, asan deyil.

Bu bolidlər əsl canavardır. Asfaltayatma qüvvəsi çoxdur və döngələrdə hələ də belə sürət görməmişəm. Çox çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*