“Alonso Şumaxerə bənzəyir”

Alpine komandasının rəhbəri Marçin Budkovski sürücüsü Fernando Alonsodan razıdır.

F-1.az xatırladır ki, ispaniyalı pilot ləğv olunan Belçika yarışını çıxsaq, son 8 yarışdan xalla ayrılıb.

Marçin Budkovski daha əvvəl Şumaxer dövründə Ferrari-də işləyib və almaniyalı əfsanəni yaxından tanıyıb. Polşalı mütəxəssis Alonsonu yeddiqat Dünya Çempionuna bənzədib: “Ondan çox təsirləndim. Formula1-də iyirmi ildir işləyirəm və çox sürücü tanımışam. Mənə Mixaeli xatırladır. O həmişə peşəkarlığına və xırdalıqlara fikir verməsinə görə meyar nöqtəsi idi. Fernando da ona bənzəyir. Daha əvvəl onunla işləməmişdim. Haqqında bəzi şeylər eşitmişdim. Ancaq onunla bir az işlədikdən sonra gördük ki, eşitdiklərimiz doğru deyil.

Yarış performansı lap dəhşətdir. Biz komanda körpüsündə otururuq və önümüzdə çoxlu məlumat olur. Hər şeyi görürük. O isə əlində məlumat olmadan yarışın təhlilini apara bilir. Çox təsiredicidir. Formula1-də 20 illik təcrübəsi var, amma elə sürücülər var ki, nə qədər təcrübəsi olsa da, bunu bacarmır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*